Səfir Azər Xudiyev xarici tələbələrə 20 Yanvar faciəsi barədə mühazirə oxudu — FOTOLAR

GÜNDƏM 21 yan 2020, 18:35

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərinin Y.Mudrov adına Milli Hüquq Universitetində 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpası tarixi” mövzusunda mühazirə oxuyub.


Demokrat.az xəbər verir ki, tədbiri açan universitetin prorektoru Yuri Barabaş 30 il öncə baş vermiş dəhşətli hadisənin daim Ukrayna və Azərbaycan xalqları tərəfindən xatırlandığını qeyd edib.


Tələbələr 20 Yanvar faciəsinə dair sənədli filmə baxdıqdan sonra səfir A.Xudiyev mövzu barədə mühazirə ilə çıxış edib. 


O qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc sakinlərə qarşı amansız cinayət törədib. Əslində, bu, Mixail Qorbaçovun başçılıq etdiyi səriştəsiz sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini qırmağa qərar verən xain bir hərəkəti idi. Bununla Azərbaycan xalqının azadlıq və ədalət əzmini sındırmaq istəyirdilər. Lakin əksinə, bu hadisə SSRİ-nin süqutunu tezləşdirdi. Məhz ona görə də bu tarixi Azərbaycan xalqının qüruru kimi də qiymətləndirmək olar.


Səfir mühazirədən sonra tələbələrin suallarını cavablandırıb.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top