Seçicilər deputatlığa namizəddən uşaqpulunun bərpa olunmasını xahiş etdilər — FOTOLAR

SOSİAL 18 yan 2020, 15:40

Deputatlığa namizəd Çingiz Qənizadə günün ikinci yarısı da görüşlərini davam etdirib.

 

Demokrat.az xəbər verir ki, Çingiz Qənizadə İmişlinin Qaralar və Cavadxanlı kəndlərində görüşlər keçirib.
 

Çingiz Qənizadə özü və beynəlxalq fəaliyyəti, qanunvericilik məsələləri ilə bağlı kənd camaatına məlumat verib.


Daha sonra çıxış edən seçicilər Çingiz Qənizadə tərəfindən ərizə və şikayətlərinin vaxtlı-vaxtında cavablandırılmasını, hər bir seçicinin telefon zənglərinə cavab verməsini xüsusi qeyd ediblər. 


Həmçinin uşaqpulunun bərpa olunmasını da deputatlığa namizəddən xahiş ediblər. Çingiz Qənizadə hər bir məsələni diqqətdə saxladığını deyib. Seçicilər deputatlığa namizədi böyük coşğuyla alqışlayıblar. 


Kənd camaatı yenə də Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər.
 

Sonda Çingiz Qənizadə seçiciləri fərdi qaydada qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top