“Sovetski” sakinlərinin gecə qazını, suyunu, işığını kəsdilər – “Soyuqdan donuruq”

SOSİAL 16 yan 2020, 21:55

Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisində 14 ailəyə məxsus evlərə verilən qaz, su və elektrik enerjisi dayandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, sakinlərin də buna etiraz olaraq küçəyə çıxıb, tonqal qalayıblar.

 

“Bizdən evləri tərk etməyimizi istəyirlər. Onların verdikləri məbləğlə razı deyilik. Çünki bazar qiyməti nəzərə alınmır. Bizə evin hər kvadratmetrinə 1 500 AZN təklif edilir. Biz bu vəsaitlə mənzil ala bilmərik. Razılaşmadığımız üçün də evlərimizi tərk etmirik. Onlar da qazı, suyu, işığı kəsiblər, soyuqdan donuruq. Biz mübarizəmizi sonadək davam etdirəcəyik”- sakinlər bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top