Hərbi xidmətdən qayıdan gənc faciəvi şəkildə öldü

HADİSƏ 07 yan 2020, 23:02

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

 

APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.


Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.


Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top