Sərdar Cəlaloğlu: “Milli Qəhrəmana ehsan verək, adi vətəndaşa yox?

SOSİAL 29 noy 2019, 09:34

“Yas mərasimləri İslam dininə, adət-ənənlərə uyğun keçirilməlidir. Din dövlətdən ayrıldığı üçün siyasətçilərin bu məsələyə qarışması, millətin adət-ənənələrinin dəyişdirilməsi, müdaxilə edilməsi yolverilməzdir”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu musavat.com-a açıqlamasında deyib.

 

S.Cəlaloğlu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “Tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır” fikrinə də münasibət bildirib: “Ölüm də imtiyaz deyil ki... Allah qarşısında hər kəs bərabərdir. İndi necə olsun, Milli Qəhrəmana, ictimai xadimə ehsan verək, adi vətəndaşa yox? Hər bir vətəndaşa onun öz ölüsü qəhrəman, görkəmli şəxsiyyətdir. Ona görə də bu fikirləri yanlış hesab edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top