Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin rəhbərliyindən imtina etdi

GÜNDƏM 19 noy 2019, 20:46

Almaniya polisinin qanunsuz mühacir daşınması ilə bağlı əməliyyatı xeyli azərbaycanlının saxta sənədlərlə bu ölkəyə yerləşməsini üzə çıxardı. Bu prosesdə daha çox Müsavat Partiyasının adı hallandı.


Demokrat.az Bizimyol.info-ya istinadən xəbər verir ki, müxalifət partiyası qalmaqala görə Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbərliyindən imtina edib. Müsavat Partiyasının sədri Arif Hacılı bütün strukturlara rəhbərlik etmək üçün 5 nəfərə səlahiyyət verildiyini bildirib. O, Eldəniz Yusifovun, Sərdar Ağayevin, Akif Nağısoyun, Nurlan Əliyevin və Qorxmaz Beydullayevin adını çəkib. AKM-yə bu ana qədər rəhbərlik edən İlham Həsən isə deyilənləri yalan adlandırıb.


Qanunsuz mühacir qalmaqalında ən çox İlham Həsənlə onun müavini Mehdi Xəlilbəylinin adı çəkilirdi. Maraqlıdır ki, sədr bir neçə gün əvvəl mətbuata açıqlamasında Xəlilbəylinin hələ 6 ay əvvəl təşkilatdan uzaqlaşdırıldığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top