Deputat tibbi sığorta ilə bağlı məsələ qaldırdı: “Onların aqibəti necə olacaq?”

SOSİAL 12 noy 2019, 17:17

Büdcə müzakirələrinin formatı dəyişdirilməlidir. Hər bir nazir öz sahəsi üzrə ayrıca büdcə hazırlamalıdır, xərcləmələr sayəsində nə fayda görəcəyi ilə bağlı məlumat verməlidir. 

 

Bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib. 

 

O bələdiyyələrə ayrılan vəsaitdən də danışıb.  

 

“Bələdiyyələrə altı milyon vəsait ayrılır. Bu, 30 milyon manat olsaydı, nə dəyişəcəkdi? Bələdiyyələrin səlahiyyətləri dəyişdirilməlidir ki, onlar müstəqil fəaliyyət göstərə bilsinlər”.

 

Deputat onu da əlavə edib ki, ölkəyə tibbi avadanlıqların idxalı digər dövlətlərlə müqayisədə baha başa gəlir.

 

O, tibbi sığorta ilə bağlı məsələyə də toxunub: 

 

“Tibbi sığorta ilə bağlı 900 milyon manat vəsait ayrılır. Bəs görəsən, nə qədər yığım proqnozlaşdırılır? Qeyri-rəsmi işləyənlərin tibbi sığortasını dövlət üzərinə götürməsə və ya məbləğ onların üzvləri tərəfindən ödənilməsə, aqibətləri necə olacaq?”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top