TDƏŞ-ə üzv dövlətlərin gömrük xidmətlərinin ekspertləri Bakı Dəniz Ticarət Limanında - FOTO

SOSİAL 19 okt 2019, 10:57

Oktyabrın 18-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin gömrük xidmətlərinin ekspertləri paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər.

 

Demokrat.az xəbər verir ki, "Karvansaray" layihəsi çərçivəsində TDƏŞ üzv dövlətlərin gömrük xidmətlərinin ekspertlərinin texniki iclasının gündəliyinə uyğun olaraq reallaşan səfər zamanı qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanınında aparılan proseslərlə yaxından tanış olublar. Ekspertlərə Limandakı iş prosesi və yükdaşımanın sürətləndirilməsi məqsədilə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib.

 

Bildirilib ki, yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin - konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. Qonaqlar, eyni zamanda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunun iş prinsipi ilə yaxından tanış olaraq burada yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top