Macarıstan Azərbaycanla oyun öncəsi darmadağın oldu — VİDEO

İDMAN 11 okt 2019, 10:15

“Avro-2020”-nin seçmə mərhələsində 7-ci tura start verilib.


Demokrat.az xəbər verir ki, Azərbaycan millisinin də qatıldığı “E” qrupunda 2 oyun keçirilib.


Xorvatiya millisi Split şəhərində Macarıstanı qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. İlk qolu 5-ci dəqiqədə kapitan Luka Modriç vurub, daha sonra isə hücumçu Bruno Petkoviç dubl edib (24, 42 dəq.).


Qrupun digər qarşılaşmasında Slovakiya millisi Uelslə heç-hecə edib - 1:1.


Qeyd edək ki, 2 gün sonra, növbəti turun oyunları çərçivəsində Azərbaycan millisi Budapeştdə Macarıstanın qonağı olacaq.(oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top