İki rayonda qazın verilişi dayandırılacaq

SOSİAL 14 avq 2019, 09:42

Səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

 

Bu barədə Demokrat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, bu müddət ərzində SOCAR-ın Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək. Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top