"Təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq" — Rusiya XİN

“Azərbaycan və Ermənistan təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq”. 


Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. 


O bildirib ki, tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur. 


M. Zaxarova qeyd edib ki, belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur: 


“Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, habelə rəsmi Moskvanın Bakı və Yerevanla sıx münasibətlərini nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülh prosesinin irəliyə aparılması üçün köməklik göstərməyə hazırıq”. 

9 Avqust 2019, 21:49   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß