Bu rayonlarda qaz olmayacaq

SOSİAL 05 avq 2019, 09:59

Bu gün bir sıra rayonlarda qaz verilişi dayandırılacaq.


Demokrat.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Qaz İxrac İdarəsinin balansında olan magistral kəmərlərdə aparılan təmir işləri ilə bağlı avqustun 5-i saat 09:00-dan etibarən avqustun 7-si işlər başa çatanadək Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay rayonlarının bir neçə kənd və yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.


Bundan başqa, Qaz İxrac İdarəsinin balansında olan digər magistral kəmərlərdə bərpa işləri ilə bağlı avqustun 5-i saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top