Mariya Stadnik Avropa Oyunlarının qalibi oldu

İDMAN 28 iyn 2019, 20:51

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

 

50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.

 

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.

 

Bu gün həmçinin Elmira Qəmbərova (62 kq) final, Alyona Kolesnik (57 kq) və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq. (Report)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top