Kənan rejissorluğu atıb, taksi sürücülüyünə başladı

ŞOU-BİZNES 27 iyn 2019, 19:00

Rejissor Kənan M.M taksi sürücülüyünə başlayıb. 

 

Musavat.com-a açıqlama verən rejissor bildirib ki, artıq sürücü olaraq fəaliyyət göstərəcək: “Rejissorluğun daşını atdım. Azərbaycanda heç bir iş görməyəcəyəm. Mədəniyyətimiz üçün çox çalışdım, amma olmadı. Nazirlik ssenarimi bəyənmədi. Məni dünən film təqdimatına çağırmışdılar, getmədim. Rejissor olaraq Azərbaycanda heç bir iş görməyəcəyəm. Bu gündən başlamışam taksi sürücülüyünə. Heyf ki, ərəb və ingilis dilini bilmirəm. Bir az əziyyət çəkirəm. Amma müvəqqətidir. Sentyabr ayını gözləyirəm ki, Türkiyəyə gedim”.

 

Qeyd edək ki, Kənan M.M Türkiyədə “Savaşçı” serialında yüzbaşı Bəxtiyar obrazını canlandırır. 

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top