“Akkord”un zavodu “Gilan İnşaat”ı məhkəməyə verdi

Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsi sayılan “Qazax Sement Zavodu” MMC “Gilan Holding”ə daxil olan törəmə şirkət “Gilan İnşaat” MMC-ni borca görə məhkəməyə verib.


 “Qazax Sement Zavodu” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Gilan İnşaat”ın Zavoda 35,670 manat məbləğində ödənilməmiş borc vəsaitinin qaytarılması xahişini edib.

 

Xatırladaq ki, “Qazax Sement Zavodu” 2013-cü ildə yaradılıb və “Akkord” ASC-nin törəmə şirkətidir. Şirkət sement istehsalı və satışı sahəsində fəaliyyət göstərir. (Banker.az)

 

 

 

25 İyun 2019, 22:27   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß