Məhərrəm Əliyevin qardaşından generalların təyinatlarına REAKSİYA

GÜNDƏM 21 iyn 2019, 16:12

Hazırda ədliyyə nazirinin müavini olan general Məhərrəm Əliyevin qardaşı, Milli Məclisin deputatı Adil Əliyev ötən gün Prezident İlham Əliyevin generallar - Əli Nağıyevin, Mədət Quliyevin, Vilayət Eyvazovun və Ramil Usubovun təyinatları ilə bağlı verdiyi Sərəncamı şərh edib. 


Adil Əliyev Demokrat.az-a açıqlamasında sözügedən təyinatları alqışladığını bildirib:


"Cənab Prezidentin ötən gün təyinatlarla bağlı verdiyi Sərəncamları alqışlayıram. Çox əhəmiyyətli təyinatlardır. Öz xüsusi peşəkarlıqları ilə tanınan bu şəxslər layiq olduqları vəzifələrə təyin ediliblər. Sözügedən təyinatlar ölkə başçısının apardığı islahatların fonunda əhali tərəfindən də yüksək qarşılanır. Çünki sözügedən şəxslərin Azərbaycanın ictimi-siyasi sabitliyinin və təhlükəsizliyinin qorunub gücləndirilməsində müstəsna xidmətləri var. İnşallah bu təyinatlar ölkəmizdə aparılan islahatların bariz nümunəsi kimi insanlarımızın ürəyincə olacaq. İnanıram ki, yeni vəzifələrə təyin olunan şəxslər Azərbaycan dövlətinin və əhalisinin təhlükəsizliyi və rifahı naminə daha çox işlər görəcəklər. Mən yeni vəzifəyə təyin edilən bu şəxsləri həm şəxsi və insani keyfiyyətlərinə görə, həm də yüksək intelektual səviyyələrinə görə ən layiqli namizədlər hesab edirəm. Doğrudan da cənab Prezidentin bu təyinatları hamının ürəyincə olub. Buna görə hamımız çox sevinirik".   

 

Image result for Məhərrəm Əliyev adil Əliyev


Daha sonra Adil Əliyev Əli Nağıyevi, Mədət Quliyevi, Vilayət Eyvazovu və Ramil Usubovu yeni vəzifələrə təyin olunması münasibətilə təbrik edib.


Elçin Rizvanoğlu
Demokrat.az

 

      

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top