İlahiyyat İnstitutuna yeni bina verilib

SOSİAL 13 iyn 2019, 21:20

 "Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib. Hazırda həmin binada təmir işləri həyata keçirilir”.

 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

O bildirib ki, İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir: "Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.


M.Qurbanlı deyib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək: "Hazırda isə Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər iki qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.(APA)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top