“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək

SOSİAL 04 iyn 2019, 21:57

İyunun 5 və 6-da Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.


Bu barədə Demokrat.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

 

İyunun 7-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.


Qeyd edək ki, hazırda 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

 

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top