"Alimlərə də diqqət yetirsəydilər, yaxşı olardı" - Rəşid Mahmudov

“Ümumiyətlə, yazıçılarla bağlı bu cür addımların atılması müsbətdir”

 

Demokrat.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov dünən ölkə başçısının növbəti sərəncamı ilə mədəniyyət xadimlərinin təltif olunmasına münasibət bildirərkən deyib. R.Mahmudov mükafat alan yazarları təbrik edib:

 

“Ölkə başçısının dünən verdiyi sərəncama görə çox sevindim. R.Rövşən, M.Yaqub, V.Əziz dünyəvi şairlərdilər. Biz gənclik dövrümüzdən onların poeziyasını oxuya-oxuya yaşa dolmuşuq. Bir müddət öncə teatrda çalışan aktyorlarımızın da rifahının yüksəlməsi üçün əmək haqlarının qaldırılması yaxşı oldu. Ümumiyətlə, yazıçılarla bağlı bu cür addımların atılması müsbətdir. Alimlərə də diqqət yetirsəydilər, yaxşı olardı. Mən nə müxalifətçiyəm, nə də iqtidar, amma xalqımızı irəli aparan nə varsa, hamısını alqışlayıram. Savadlı adamları irəli çəkmək lazımdır. Ölkə başçısı son zamanlar çox mühüm sərəncamlar imzalayır. Bu münasibətlə yazıçı və şairlərimizi təbrik edirəm. Öz adımdan prezidentimizə təşəkkür edirəm”. 

 

R.Mahmudov varı, dövləti başından aşan məmurların kasıblara əl tutmasının vacibliyini vurğulayıb:


 
“Bir ölkədə kasıb varsa, deməli dövlətli də var. Kasıbların haqqını isə dövlətlilər yeyir. And olsun Allaha, müsəlman ölkələri haqqında deyirəm ki, hamının yaşayışı təmin olunmasa, heç vaxt uğur qazana bilmərik. Bəzi məmurlar özbaşınalıq edirlər, külli-miqdarda pulları var, amma öləndə qəbirə heç nə aparmayacaqlar. Heç olmasa kasıblara köməklik etsinlər. Bizdə bu xeyirxahlığı edən iş adamı Mübariz Mənsimovdur. O, çox böyük adamdı, Allah onu qorusun. Məmurlarımız ondan örnək götürməlidilər. Bizim ölkəmiz balaca ölkədir, yerin altı da, üstü də qızıldı. Bizim ölkədən dünyada yoxdur”.

26 May 2019, 15:58   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß