"Kiyev günləri" çərçivəsində daha bir tədbir keçirildi - FOTOLAR

Mayın 25-də Kiyev Şəhər Dövlət Administrasiyasının binasında “Kiyev günləri” çərçivəsində rəsmi tədbir keçirilib.

 

Demokrat.Az xəbər verir ki, tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin bir çox ölkələrin merləri, səfirlər, yerli KİV-lər iştirak ediblər.

 

Qonaqları salamlayan Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, “Kiyev günləri” ilə bağlı paytaxtda 30-a yaxın müxtəlif tədbir keçirilir. “Kiyev günləri” artıq beynəlxalq bir tədbirə çevrilib. Bu günlərdə paytaxta xarici ölkələrdən turistlər gəlir. Məqsədimiz Kiyevi daha da gözəlləşdirməkdir. Tədbirdə çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan-Ukrayna əlaqələrinin strateji xarakter daşıdığını deyib, həmçinin Bakı və Kiyev arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. Bakı və Kiyev öz təcrübələrindən istifadə edərək paytaxtlarda birgə layihələr həyata keçirə bilər.

 

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

26 May 2019, 15:34   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß