Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

İDMAN 19 may 2019, 21:34

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani ardıcıl ikinci dəfə dünya çempionu olub. 


Demokrat.Az xəbər verir ki,  Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında idmançımız -80 kq çəki dərəcəsində ən güclü olduğunu bir daha sübut edib. 


Taekvondoçumuz həlledici döyüşdə yunanıstanlı Apostolos Telikostoglou üzərində inamlı qələbə qazanıb (22:12). 


Qeyd edək ki, Milad Beigi Harçeqani, 2017-ci ildə Koreya Respublikasının Muju şəhərində təşkil olunmuş dünya çempionatında qızıl medala layiq görülmüşdü. O, son nəticədən sonra adını ölkəmizin idman tarixinə yazdırıb. Milad, Azərbaycanın taekvondo tarixində 2 qat dünya çempionu olan yeganə idmançıdır.


 

Beləliklə, Azərbaycanın taekvondo üzrə milli komandası dünya çempionatından 1 qızıl və 1 bürünc medalla qayıdır. Bürünc mükafatı komandamızın adına qadınların yarışında Fəridə Əzizova (-67 kq) qazandırıb.  

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top