Salyanda izdihamlı konsert proqramı — FOTOLAR

MARAQLI 10 may 2019, 22:06

10 may 2019-cu il tarixində Salyan rayonunda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bayram konserti keçirilib.


Demokrat.az xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak edib. 


Ümummilli Liderin əziz xatirəsi Salyan rayonunda həmişə ehtiramla yad olunur. 

 

Salyanın hərtərəfli inkişafında iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxtı unutmayan salyanlılar bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərlə fəxr edib qürur hissi keçirirlər. 


Respublikamızın və rayonumuzun tanınmış mədəniyyət və incəsənət ustaları tədbirdə geniş konsert proqramı ilə çıxış ediblər. Bayram konserti möhtəşəm atəşfəşanlıqla sona çatıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top