Fabrikdən 170 minlik toyuq oğurlandı

HADİSƏ 15 apr 2019, 14:42

Bakıda fəaliyyət göstərən quşçuluq fabriklərinin birindən 170 min manatlıq toyuq və toyuq məhsulları oğurlanıb.

 

 

Demokrat.Az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda şübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.

 


Faktla bağlı araşdırma aparılır.

 

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top