Hövsanda humanitar tibbi aksiya keçirilib — FOTO

SOSİAL 06 apr 2019, 17:42

Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü, Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun rəhbərliyinin dəstəyi ilə Səyyar Klinika tərəfindən Suraxanı rayonun Hövsan kəndində (88 saylı Poçt şöbəsinin qarşısında) humanitar tibbi aksiya keçirilib. 


Demokrat.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd sakinləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarət olub.


Saat 10-00-dan başlayan aksiya axşam saatlarınadək davam edim. Aksiya çərçivəsində 200-dək insan müayinə edilib. Müayinə edilənlər aksiya təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top