Azərbaycanda 187 erməni yaşayır: onların 172-si qadındır — Rayonlar üzrə SİYAHI

SOSİAL 30 mar 2019, 15:57

Bu il Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək.


Demokrat.az xəbər verir ki, bu siyahıyaalma nəticəsində əhalinin sayı ilə bərabər insanları milli kimliyi də müəyyən olunacaq.


Məlumat üçün bildirək ki, Komitə tərəfindən həyata keçirilən sonuncu siyahıyaalma zamanı Azərbaycanda 187 nəfər erməni millətinə məxsus şəxsin yaşadığı məlum olub. Bu şəxslərin böyük əksəriyyəti - 104 nəfəri paytaxt  Bakıda yaşayıb və onların 90 nəfəri qadın, 14 nəfəri kişi olub.


Ümumilikdə isə Azərbaycanda yaşayan 187 nəfər erməninin 172-si qadın olub. Bakıdan sonra erməni millətinə məxsus Daşkəsən rayonunda 9 qadın,  Sumqayıtda 8 qadın, Qaxda 7 qadın, Gəncə, Naxçıvan və Ağstafanın hər birində 6 qadın, Şəmkirdə 5 qadın, Xızı, Qazax, Abşeron, Samux və Tovuzun hər birində 4 qadın, Qəbələdə 3 qadın, Ağsuda 2 qadın, 1 kişi, Gədəbəy və Goranboy rayonlarının hər birində isə 2 qadın yaşayıb.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top