Uşaq pulunun bərpası ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA

SOSİAL 21 mar 2019, 20:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.


Demokrat.az xəbər verir ki, Nazirlikdən "Report”a verilən məlumata görə, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir:


"Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!”


Qeyd edək ki, yayılan məlumatlarda ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top