DYP RƏİSİ ŞİRKƏTLƏRDƏN “HAQQ” TƏLƏB EDİR! – Avtobusları cərimə meydançasına doldurub (FOTOLAR)

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini hədəfə alıb.

DYP rəisinin özbaşınalığı ilə üzləşən şirkətlərdən birindən verilən məlumata görə, M.Əliyevin göstərişi ilə Yasamal rayonu ərazisindən keçən müxtəlif marşrut avtobusları cərimə meydançasına doldurulub.

“DYP rəisi avtobusların məxsus olduğu şirkət rəhbərlərinə ismarıc göndərərək aylıq “haqq” tələb edib. Hətta iş o yerə çatıb ki, Məmməd Əliyev heç bir qayda pozuntusuna yol verməmiş avtobusları da saxlayaraq cərimə meydançasına aparır. Sürücülər onların işinə mane olan, minlərlə insanı küçələrdə gözləməyə məcbur edən DYP rəisinin əməllərindən cana gəldiklərini bildiriblər” - saytımıza verilən məlumatda bildirilir.

O da qeyd olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları onlardan “haqq” tələb edən DYP əməkdaşı ilə bağlı dövlət rəhbərliyinə müraciət hazırlayırlar.

Qeyd olunan ittihamlarla bağlı DYP rəisinin də mövqeyini işıqlandırmağa hazırıq.(Azpolitika.info)

20 Mart 2019, 20:26   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin