Bakıda silahlı şəxs saxlanıldı

KRİMİNAL 20 mar 2019, 18:29

Bakıda silahlı şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanov 9-cu mikrorayon ərazisində saxlanılıb. 


Şəxsi axtarış zamanı ondan  “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top