Azərbaycana saxta göz protezi idxal edən şirkət fəaliyyətini dayandırdı — VİDEO

HADİSƏ 19 mar 2019, 10:39

Azərbaycana mənşəyi məlum olmayan göz protezləri ixrac edən şirkət fəaliyyətini dayandırıb.


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. 


O bildirib ki, bu haqda vətəndaş müraciətindən sonra xəbərdar olan Azad İstehlakçılar Birliyi məsələ ilə bağlı dərhal aidiyyatı dövlət orqanlarına Dövlət Gömrük Komitəsinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə məlumat verildikdən sonra şirkət məsələdən xəbərdar olaraq fəaliyyətini dayandırıb:


“Bizə vətəndaş müraciət etdikdən sonra məsələni araşdırdıq və məlum oldu ki, saxta ştrixkodlarla ölkəmizə göz protezləri idxal edilib və müəyyən işbaz həkimlər tərəfindən də istifadə edilib. Dərhal dövlət qurumlarına müraciət etdik, şirkətə məlumat verdik. Onlar bizim verdiyimiz məlumatla tanış olublar. Bugünlərdə isə bizə şirkət tərəfindən rəsmi məlumat göndərdi ki, artıq onlar fəaliyyətlərini dayandırıblar. Adıçəkilən Brenner markalı göz protezi ilə bağlı da bizə bir sənəd göndəriblər ki, bizim araşdırmalarımız həmin sənədin saxta olmasını aşkar edib. Bu haqda da ölçü götürüb rəsmi məlumatlarımızı verəcəyik. Eyni zamanda biz aidiyyatı dövlət qurumlarına da şirkətin fəaliyyətini dayandırması ilə bağlı məlumat vermişik”.(Bizimyol.info)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top