Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının dəstəyi ilə tədbir keçirilib

SOSİAL 11 mar 2019, 12:19

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının (AQSİA) dəstəyi ilə "8 mart Beynəlxalq Qadınlar günü"nə həsr olunmuş tədbir keçirilib. 


Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva mötəbər gün münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Ölkəmizdə qadın sahibkarlığının inkişafına dövlət dəstəyindən danışan AQSİA sədri dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya diqqət və qayğıya görə təşəkkürünü bildirib. Daha sonra İqtisadiyyat nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi, Respublika Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi rəsmilərinin çıxışları dinlənilib. 


Tədbirin rəsmi hissəsindən sonra, bədii hissə start götürüb. Burada xalq artisti Fidan Hacıyevanın ifası dinlənilib, modelyer Gülnarə Xəlilovanın milli geyimlərdən ibarət kolleksiya sərgisi təşkil olunub. Daha sonra “xanımın zənbili” adlı auksion baş tutub. Viktorinanın qalibləri sənətkar qadınların əl işlərindən ibarət məhsullarla təltif edilib.  Tədbirdə həmçinin “Azərbaycan Xalq Cumhuriyyəti-100 il. Azərbaycan qadınına seçki hüququnun verilməsi” forumunda iştirak edən xanımların mükafatlandırılma mərasimi baş tutub. Sonda "8 mart Beynəlxalq Qadınlar günü" münasibətilə tort kəsilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top