Qar uçqununa düşən hərbçilərimiz tapıldımı? — AÇIQLAMA

GÜNDƏM 08 mar 2019, 14:55

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

 
Demokrat.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Unikal.org-a deyib ki, hələlik axtarışlar bir nəticə verməyib: 


"Əlavə nəsə deyə bilmərəm. Dünən verdiyimiz açıqlama kimi, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top