Keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır — QİYMƏTLƏR

SOSİAL 24 apr 2024, 17:43
Bakıda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev almaq istəyənlər üçün əla fürsət yaranıb. 

Baku.ws-in məlumatına görə, məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir çoxu Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılıb. 

Mənzillər Abşeron, Qaradağ və Samux rayonlarında yerləşir. Evlərin qiyməti onların kavdratından asılı oalraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb. 

Mənzillərdən bəzilərinin satış qiymətlərini təqdim edirik:

Abşeron rayonu - Yeni yaşayış kompleksində 3 otaqlı, 84,1 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 69 min 803 AZN
Ümid qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 83,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 58 min 450 AZN
Samux rayonu - Yeni yaşayış kompleksində 4 otaqlı, 100,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 43 min 717 AZN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan bütün mənzillər və onların qiyməti ilə BU LİNKƏ daxil olmaqla tanış ola bilərsiniz. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top