Şimali Koreyanın yüksək vəzifəli şəxsləri İranda səfərdədir

DÜNYA 24 apr 2024, 16:01
Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumatda, Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsində İrana getdiyi bildirilib. 

Xəbərdə Şimali Koreya lideri Kim Çen Inın diplomatik təcriddən çıxmaq üçün ABŞ-yə qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı qeyd edilib. 

Qeyd edək ki, Şimali Koreya yüksək vəzifəli məmurlarını sonuncu dəfə 2019-cu ilin avqustunda İrana göndərib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top