Bakıda məktəbdə yanğın: Zəhərlənənlər var

HADİSƏ 24 apr 2024, 13:12
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub:

"1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub".(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top