Azərbaycan və Qırğızıstanın mədəniyyət nazirləri görüşdü

MƏDƏNİYYƏT 24 apr 2024, 12:06
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovu qəbul edib.

Demokrat.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, A.Maksutov azərbaycanlı həmkarına Qırğızıstanın Mədəniyyət Günlərinin təşkilində və keçirilməsində göstərdiyi yardıma görə təşəkkür edib.

Nazirlər iki dövlət arasında mədəni-humanitar sahədə əlaqələrin intensivləşdirilməsini, o cümlədən müxtəlif tədbirlər çərçivəsində incəsənət xadimlərinin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, A.Maksutov Qırğızıstan Prezidenti Sadır Japarovu müşayiət edən Qırğızıstan nümayəndə heyətinin tərkibində Bakıda səfərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top