Bakıda sərxoş gənc qardaşını döydü — TƏFƏRRÜAT

HADİSƏ 24 apr 2024, 11:29
Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Əliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Şüvalan qəsəbəsi “Ay İşığı” düşətgəsində yerləşən evdə baş verib. 

Abbas qardaşı, 1994-cü il təvəllüdlü Əli ilə aralarında baş vermiş mübahisə zəminində əlində olan stəkanla onun baş nahiyəsindən qəsdən bir dəfə, yumruqla isə bədən nahiyəsindən bir neçə dəfə bvuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisə günü, gecə saat 3 radələrində anası Bahar ilə yaşadığı Xəzər rayonu, Şüvalan qəsəbəsi “Ay İşığı” düşərgəsində yerləşən evdə olan zaman Əli həmin evə gəlib: 

“Əli evə daxil olan zaman mənə işə getməməyimə görə iradını bildirdi. Həmin vaxt çarpayıda uzanıqlı vəziyyətdə olmuşam. Qardaşım üzərimdəki ədyalı götürərək mənə yumruq atdı. Mən isə əsəbləşərək qardaşımın yumruqla baş və bədən nahiyəsindən bir neçə dəfə qəsdən vurdum. Həmçinin stəkan ataraq ona xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, hadisə günü, saat təxminən 3 radələrində həyat yoldaşı ilə birgə anasının yaşadığı evə gəlib: 

“Evə çatdıqda Abbasın sərxoş vəziyyətdə ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Bu vaxt aramızda mübahisə düşdü. Əlində olan stəkanla baş nahiyəmdən qəsdən bir dəfə, yumruqla isə bədən nahiyəmdən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evi axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top