Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı

İNFRASTRUKTUR 23 apr 2024, 17:46
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.

ADY-dan Demokrat.az-a verilən məlumata görə, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

“Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, - məlumatda qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top