Malayziyada helikopterlər toqquşdu: Ölənlər var — VİDEO

DÜNYA 23 apr 2024, 08:30
Malayziyanın Lumut şəhərində iki helikopter ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı qəzaya uğrayıb.

Demokrat.azxəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib.

Xidmət hər iki hava gəmisində olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.

Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.

İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində üç, digərində yeddi ekipaj üzvü var idi.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top