“Formula-1” Çin Qran Prisinin qalibi bəlli oldu

İDMAN 21 apr 2024, 16:25
“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula-1” dünya çempionatının beşinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.

Yarış Şanxayda baş tutub.

İkinci yeri britaniyalı Lando Norris (“McLaren”) tutub. Üçüncü yerə “Red Bull”-dan meksikalı Serxio Peres çıxıb.

Çin Qran Prisi 2019-cu ildən bəri ilk dəfə olaraq keçirilib.

Əvvəlki dörd mövsümdə mərhələ koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Hazırda ümumi hesabda üçqat dünya çempionu Ferstappen 110 xalla birinci yeri tutur. Peres 85 xalla ikinci, “Ferrari”dən Şarl Lekler (76 xal) üçüncüdür. Konstruktorlar çempionatında ilk üçlüyə “Red Bull” (195), “Ferrari” (151) və “McLaren” (96) daxildir.

Mayın 3-dən 5-dək Mayamidə (Florida, ABŞ) “Formula-1”in altıncı mərhələsi keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top