Həndbol çempionatı: “Qarabağ” “Azəryol”a qalib gəlib

İDMAN 21 apr 2024, 14:21
Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVII turun oyunu keçirilib.

Federasiyadan verilən məlumata görə, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər.

“AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə iki xallıq fərqi aradan qaldırmaq üçün çıxmayıb. İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan qarşılaşmanı “Qarabağ” 35:34 (18:18) hesablı qələbə ilə başa vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top