Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
xxx
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğınsöndürmə işləri davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda ərazidə 15 texnika, 70 canlı qüvvə var.
Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb, yanğınla mübarizə tədbirləri davam etdirilir.