Qırğızıstanda “TikTok”a giriş məhdudlaşdırıldı

DÜNYA 18 apr 2024, 20:55
Qırğızıstanda “TikTok” sosial media platformasına giriş məhdudlaşdırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, istifadəçilər bu gündən etibarən “Google”, “Opera” və “Safari” kimi brauzerlər vasitəsilə “TikTok” tətbiqinə daxil ola bilməyiblər. 

Lakin, mobil telefonlarda “Apple” və “Google Play Store” proqramlarından quraşdırılan “TikTok” versiyası işləməyə davam edir. 

Qeyd edək ki, Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlardan qorumaq üçün 2023-cü ilin avqustunda ölkədə tətbiqin qadağan edilməsi barədə qərar qəbul edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top