“Azərbaycan bir sıra ölkələrlə “yaşıl dünya" yaratmaq istiqamətində əməkdaşlıq edə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O qeyd edib ki, COP29 tədbirində mühüm qərarlar qəbul olunacaq:
“Azərbaycan bununla yanaşı regional əməkdaşlığı da təmin etmək üçün səylər göstərir. Təbiətin və Xəzər dənizinin qorunması üçün bir çox addımlar atıla bilər. Bu tip problemlərin həllinə digər ölkələrlə əməkdaşlıq etməklə nail oluna bilər. Bu əməkdaşlıqlar zamanı həm ölkəmiz, həm də dünya üçün yeni imkanlar yaranacaq. Azərbaycan neft-qaz istehsalında dünyada aparıcı ölkələr sırasındadır. Bundan əlavə çalışacağıq ki, yeni enerjiyə keçiddə də beynəlxalq tərəfdaşlıqlarımızı gücləndirək. COP29 Azərbaycan və dünya üçün mühüm addımların atılacağı platforma olacaq”.
Törə Zeynallı
Demokrat.az