Baydenin əmisini adamyeyənlər yeyib? — Özü açıqladı

DÜNYA 18 apr 2024, 16:27
ABŞ prezidenti Co Bayden qəribə ailə xatirəsini danışıb.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, o, illər əvvəl aviaqəzada həlak olmuş əmisini xatırlayıb.

Baydenin sözlərinə görə, Yeni Qvineyada təyyarə qəzasında ölən əmisinin cəsədinin adamyeyənlərə görə tapıla bilməyiblər.

“O, Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki Yeni Qvineyanın bu hissəsində həqiqətən çoxlu adamyeyən var idi”, – ABŞ prezidenti söyləyib.

Qeyd edək ki, hanibalizm (adam əti yemək) dünyanın bir sıra regionlarında yerli tayfalar arasında hələ də qalmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top