Mahsun Kırmızıgül Bakı konsertinə görə nə qədər vergi ödəməlidir? — AÇIQLAMA

ŞOU-BİZNES 18 apr 2024, 14:38
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül Azərbayca gəlir. Sənətçi Bakı Konqres Mərkəzində ikigünlük solo konsert proqramı ilə çıxış edəcək. Konsertin biletlərinin qiyməti 50-400 manatadır. Nəzərə alsaq ki, Bakı Konqres Mərkəzinin 3500 yerlik auditoriya zalı var, deməli Mahsun Kırmızıgül Azərbaycandan Türkiyəyə yüksək gəlirlə dönəcək.

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mahsun Kırmızıgül Bakıda keçirdiyi konsertindən gəlir vergisi ödəməlidir: 



"Amma bu vergini onun özü ödəmir. Çünki Mahsun bəy Türkiyə vətəndaşıdır. Onu Bakıya gətirən təşkilatçılar, yəni şirkətlər var. Onlar camaatdan pul yığıb, son nəticədə müğənniyə ödəniş edir. Həmin adamlar dövlət büdcəsinə vergi ödəməlidir. Azərbaycanda 2500-ə kimi gəlir vergisi 14%, ondan yuxarı isə 25%-dir. Biz onun statusunu bilmirik, ola bilər sahibkardır. Hər bir halda vergi var. Bu konserti təşkil edənlər müğənninin gəlirindən Azərbaycan dövlətinə vergi ödəməlidir".

Xalq artisti Mübariz Tağıyev isə qeyd edib ki, belə bahalı konsertlərin özlərinin tamaşaçıları olur:



"Yerli müğənnilərin konsertlərinin biletlərini bu qiymətə satışa çıxarılsa, necə olacaq? Ona tamaşaçı gələcək? Türk müğənniləri Azərbaycana müqavilə ilə gəlir. Onların böyük reklamları aparılır. Müəyyən şirkətlər konsertə dəstək verir. Baxın görün həmin konsertə kimlər gedir? Maaş ilə dolanan insanların heç biri belə konsertlərə gedə bilməyəcəklər".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top