Şənbə günü paytaxtda iməcilik keçiriləcək

SOSİAL 18 apr 2024, 10:14
Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcəkdir.

Bu barədə Demokrat.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, - məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top