Rusiya estoniyalı diplomatı deportasiya edir

SİYASƏT 17 apr 2024, 16:46
Rusiya dövləti estoniyalı diplomatın ölkədən deportasiya edilməsinə qərar verib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. 

Həmçinin, Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın martın 19-da heç bir əsas olmadan “persona non-qrata” elan edildiyi xatırladılıb və bu vəziyyətə şiddətlə etiraz edildiyi vurğulanıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top