Türkiyə Ordusu Suriyanın şimalında terrorçuları zərərsizləşdirdi

DÜNYA 17 apr 2024, 15:30
Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarlanan 4 PKK/YPG terrorçusu Türkiyə Ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə əməliyyatlarını uğurla davam etdirir:

“Son əməliyyatlar nəticəsində Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarlanan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Ölkə daxilində və sərhəddən kənarda təhlükəsizlik tədbirləri davam edir”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top