Fabrikdə güclü yanğın

HADİSƏ 17 apr 2024, 13:45
Türkiyənin Antalya vilayətində yerləşən döşəmə materialı istehsal edən sexdə güclü yanğın baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Sənaye Sahəsi adlanan ərazidə naməlum səbəbdən yanğın çıxıb. 

Hadisə yerinə xilasetmə və jandarma qrupları cəlb olunub. 

Briqadaların müdaxiləsi ilə yanğın ətrafdakı iş yerlərinə keçmədən söndürülüb. 

Yanğın ofislərə ciddi ziyan vurub. 

Araşdırmalar davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top