“Rabitəbank” səhmdarlarını toplayacaq

MALİYYƏ 17 apr 2024, 09:10
Mayın 17-də “Rabitəbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı bankın müşahidə şurası qərar verib. barədə bankın elanında bildirilir.Məlumata görə, yığıncaqda yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş Banklarda Korporativ İdarəetmə standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə yenidən baxılması, bundan əlavə, təşkilati və cari məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top